CƏFƏR İBN ƏBU TALİB

(8/629 ildə həlak olmuşdur) – Məhəmməd peyğəmbərin əmisi Əbu Talibin oğludur. Məkkədə doğulmuşdur. İslamı ilk qəbul edənlərdən biri olmuşdur. Müsəlmanlar təqib edilən dövrlərdə Cəfər ibn Əbu Talib digər müsəlmanlarla birlikdə Həbəşistana hicrət etmişdir. Həbəşistan nəcaşisi (kralı) Əshəmənin yanına hicrət etmiş müsəlmanları geriyə qaytarmaq üçün iki tanınmış məkkəli - Abdullah ibn Rəbiə və Əmir ibn As – getmişdirlər. Nəcaşi də onların istəklərini yerinə yetirmək istəmişdir. O müsəlmanları öz yanına çağırmış, onlara Məkkəyə qayıtmaq əmrini vermişdir. Bu zaman Cəfər ibn Əbu Talib çətin vəziyyətdən çıxmaq üçün Məkkədən gəlmiş elçilərə üz tutub, onlara Həbəşistana sığınmış müsəlmanların qüreyşlilərin kölələri olub-olmadıqlarını və ya Məkkədə hər-hansı bir cinayət törədib-törətmədikləri sualını vermişdir. Qüreyşlilərin elçiləri bu insanların arasında kölələrin olmadığını, onların cinayət törətmədiklərini bildirmişdir. Onlar yalnız müsəlman olduqlarına görə təqib olunduqlarını bildirdilər. Bunu eşidən nəcaşi Cəfər ibn Əbu Talibdən müsəlmanların inancları haqqında soruşdu. Cəfər də qısaca İslamın nə olduğunu anlatmışdır. Quranın “Məryəm”, “Ənkəbut”, “Rum”, “Kəhf” surələrindən ayələr oxumuş, Nəcaşi İslam dininin əsaslarının Xristianlığa yaxın olduğunu anladı və bundan sonra müsəlmanları Məkkəyə qaytarmamaq qərarına gələrək onları dəstəkləmişdir. Bəzi rəvayətlərə görə sonra o, İslamı qəbul etmişdir. Hicrətin 7-ci ilində Cəfər ibn Əbu Talib və onun dostları Həbəşistandan Mədinəyə gəlmişdirlər. O zaman Məhəmməd peyğəmbər öz qoşunu ilə Xeybərdə döyüşürdü. Bu döyüşü qazandıqdan sonra peyğəmbər savaşdan alınmış qənimətin bir hissəsini Həbəşistandan gələn müsəlmanlara vermişdir. Hicrətin 8-ci ilində təxminən 40 yaşlı Cəfər ibn Əbu Talib Muta döyüşündə igidcəsinə vuruşmuş və orada şəhid olmuşdur.
CƏDƏL
CƏFƏR SADİQ
OBASTAN VİKİ
Cəfər ibn Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. == İslama gəlməsi == Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. == Ləyaqəti == Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79 Onun övladı yox idi. 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi. Onu bir daha görmədilər və cəsədi tapılmadı.
Cəfər bin Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. == İslama gəlməsi == Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. == Ləyaqəti == Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Cəfər ibnn Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. == İslama gəlməsi == Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. == Ləyaqəti == Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Əbu Talib
Əbu Talib — Bəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd Mustafanın qəyyumu olmuşdur. Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdül-Müttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi. Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur. Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir. "Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib - Muhəmməd Cavad Xəlil". 313news.net (az.).
Əli ibn Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əqil ibn Əbu Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Əbu Talib Təbrizi
Əbu Talib Təbrizi (Təbriz – 1606) — Qəzvin şəhərində böyük xəstəxanaya başçılıq edirdi. Təbrizdə, Qəzvində və İstanbulda işləyirdi.
Əbu Talib xan Təbrizi
Əbu Talib xan Təbrizi — XVIII əsr Azərbaycan təzkirəçilərindəndir Azərbaycan təzkirəçilik tarixinin ən maraqlı simalarından biri də əslən Azərbaycan türkü olmuş, lakin Hindistanda doğulmuş və bütün həyatı boyu bu diyarda yaşamış Əbu Talib xan Təbrizidir. Onun atası Hacı Məhəmməd Bəy-xan bin Şəfi Təbrizi Nadir şah dövründə yaşadığı İsfahan şəhərindən Hindistana mühacirət edib və (h.q. 1165) miladi 1751-ci ildə bu diyarın Ləkhnay şəhərində oğlu Əbu Talib dünyaya gəlib: "Həmin şəhərdə də boya-başa çatmış və demək olar, müstəqil mütaliəsi sayəsində biliklərə yiyələnib yüksək savad almış Əbu Talib güclü hafizəyə malik, istedadlı bir şəxs olub. O, XVIII əsr Hindistan tarixinə hakim dairələrə yaxın olan ictimai-siyasi xadim, yazıçı-şair, ədəbiyyatşünas-təzkirəçi, tarixçi və səfərnamə müəllifi kimi daxil olub. XX əsr tədqiqatçılarından Məhəmmədəli Tərbiyət özünün məşhur "Danişməndani — Azərbaycan", Əziz Dövlətabadi böyük zəhmətin bəhrəsi olan "Soxənvərani-Azərbaycan" kitablarında, fars dilli təzkirəçilik tarixinin tədqiqində müstəsna xidmətləri olmuş Əhməd Gülçin Məani bu gün bütün təzkirə tədqiqatçılarının stolüstü kitabı və daim müraciət etdikləri mənbə olan "Tarixe-təzkirehaye-farsi" fundamental əsərində və həmçinin pakistanlı alim Doktor Seyyid Əli Rza Nəqəvinin 1964-cü ildə Tehranda nəşr etdirdiyi "Təzkirenevisiye-farsi dər Hendo Pakestan" adlı doktorluq işində əllərində olan tarixi mənbələrə, o cümlədən Əbu Talibin müasiri olmuş və onunla şəxsən görüşüb təmasda olmuş Əbdül-Lətif Şüştərinin "Töhfətül-Aləm" əsərinə, Tomas Vilyam Bill adlı müəllifin Ləkhnauda nəşr etdirdiyi "Miftah ət-təvarix" əsərlərinə istinadən bu müəllifin bioqrafiyası və əsərləri haqqında maraqlı faktlar təqdim edib elmi mülahizələr irəli sürürlər. Əbu Talıb xan Təbrizi haqqında "Azərbaycan təzkirəçilik tarixi" adlanan kitabda V.Musalı adlı tədqiqatçı da məlumat verməyə cəhd göstərib, lakin təəssüf ki, yarım səhifəlik həmin yazıda Məhəmmədəli Tərbiyətin "Danişməndani -Azərbaycan" əsərində verilən məlumatların 1987-ci il Bakı nəşrindəki primitiv və səhv tərcüməsinin daha da primitiv və səhv təkrarından irəli gedə bilməyib. Bütün bunlarla yanaşı Məhəmmədəli Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə bağlı verdiyi səhv rəqəm (h.q.1220-ci il əvəzinə h.q. 1221-ci il) burada da təkrar olunur. Məlumat üçün bildiririk ki, Əbu Talib xan Təbrizinin ölümü ilə bağlı "Miftah ət-təvarix" əsərində onun oğlu Mirzə Yusif Bağırın sifarişi ilə yazılmış iki maddeyi-tarix də qeyd olunub. Fars dilli klassik poeziyanın parlaq simalarından olan Ənvərinin adı 1987-ci il Bakı nəşrində mexaniki olaraq Ənvari kimi getdiyindən, hətta bu texniki səhv də eynilə təkrar olunub.
Əli bin Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Cəfər ibn Muhəmməd
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfər ibn Sadiq
Cəfər ibn Yəhya
Cəfər ibn Yəhya Bərməki və ya Cəfər əl-Bərməki (fars. جعفر بن يحيى‎, ərəb. جعفر بن يحيى‎; 767–803) Abbasilər ərəb sülaləsinin beşinci xəlifəsi Harun ər-Rəşidin dövründə vəzir vəzifəsini yerinə yetirirdi. Atası fars vəziri Yəhya ibn Xalid idi, hansı ki nüfuzlu Barmakidlər nəslindən gəlirdi. 786-cı ildə Cəfər ibn Yəhya atasının vəzifəsini miras almışdı. Cəfər ibn Yəhya çalışırdı ki elmi inkişaf etdirsin və Bağdadı hind elmi ilə tanış etmək üçün çoxlu işlər görmüşdü. Qeyd edilir ki, Cəfər ibn Yəhya xəlifəni inandırmışdı ki, Bağdadda kağız fabriki açılsın. Kağız hazırlanma sirrini onlar 751-ci ildə baş vermiş Talas döyüşündən sonra götürülən çinli məhbuslardan öyrənmişdilər. == Müxtəlif əsərlərdə təsviri == Cəfər ibn Yəhya Harun ər-Rəşidlə yanaşı Min bir gecənin bir neçə nağıllarında peydə olur, tez-tez baş qəhrəman rolunda çıxış edir. Məsələn, "Üç Alma" nağılında qətlin sirrini açmaq və günahkarı tapmağa çalışan xəfiyyədi, halbuki "Attafın nağılı"nda daha çox fırıldaqçı şəklində göstərilib.
Cəfər ibn Əli
Cəfər ibn Əli ibn Əbu Talib (ərəb. جَعْفَر ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — Əli və Ümmül-Banunun oğlu idi. Onu atası Əli qardaşı Cəfər ibn Əbu Talibin şərəfinə adlandırmışdır. Gənc Cəfər Kərbəla döyüşündə Hüseynin səhabələrindən biri olub, Aşura günü qardaşları Abbas, Abdulla və Osman ilə birlikdə şəhid olmuşdur.
İsmail ibn Cəfər
İsmail ibn Cəfər əl-Mübarək (721, Mədinə – 751, 755 və ya 762) — İsmaililik inancında 6-cı imam. 719-cu ildə İmam Cəfərin və İmam Həsənin nəvəsi Fatimənin ən böyük oğlu olaraq doğuldu. İsmail atasından əvvəl vəfat etmişdir. İmam Cəfərin ölümündən sonra şiələr üç yerə bölündülər: İmamilər, İsmaililər və Fəthilər. İsmaililər məzhəbinin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar.
Musa ibn Cəfər Kazim
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799, Kazımiyyə[d]) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
Muaviyə ibn Əbu Süfyan
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Məhəmməd ibn Əbu Bəkr
Məhəmməd ibn Əbu Bəkr (631, Mədinə – 658, ərəb. محمد بن أبي بكر‎) — Xəlifə Əbu Bəkr əs-Siddiqin və Əsma binti Umeysin oğlu. Xəlifə Əlinin Misirdəki naibi. Əbu Bəkrin vəfatından sonra dul qalmış həyat yoldaşı, Məhəmmədin anası Əsma binti Umeys Əli ibn Əbu Taliblə evlənir. Əli sonralar onun ən sadiq tərəfdarlarından birinə çevrilən Məhəmməd ibn Əbu Bəkri oğlu kimi böyüdür. Məhəmmədin Qasım adlı oğlu var idi. Qasımın həyat yoldaşı Əsma Əbu Bəkrin digər oğlu Əbdürrəhmanın qızı idi. Qasım və Əsmənin Fatimə (Ummu Fərvə) adlı bir qızı doğulmuşdu. Məhəmməd ibn Əbu Bəkr Misirdə xeyli vaxt keçirir və Misir hakimi İbn Əbu Sərhin fəaliyyətindən üçüncü xəlifə Osman ibn Əffana şikayət edən bir heyətin tərkibində idi. Xəlifə Misir valisini dərhal işdən çıxaracağını və onun yerinə Məhəmməd ibn Əbu Bəkri təyin edəcəyini vəd edir.
Məhəmməd ibn Əbu Sac
Əbu Übeydullah Məhəmməd ibn Əbu Sac — Əbu Sac Divdadin oğlu, sərkərdə. 879-cu ildə Əmr ibn Leysin xidmətində Məkkə səfiri olaraq fəaliyyətə başlamışdı. Daha sonraları Ənbar və Rəhba şəhərlərinin valiliyinə gətirilmişdir. 884-cü ildə Əhməd ibn Tulunun ölümündən sonra İshaq ibn Kundac əl-Xəzəri ilə ittifaqa girərək oğlu Xumaraveyxə qarşı döyüşsə də məğlub oldu və daha sonra Xumaraveyxin tərəfinə keçərək 1 il Mosul vilayətini əlində saxladı. 889-cu ildə İshaq tərəfindən məğlub edilərək Bağdada qaçdı və həmin il əl-Müvəffəq tərəfindən Azərbaycana vali olaraq göndərildi. Azərbaycana gələn kimi ilk işi Marağada üsyan edən Abdullah Həmdaninin üsyanını yatırmaq oldu. 893-cü ilin mayında ona yalandan bağışlanmaq vəd verib edam etdirən Məhəmməd Marağanı öz paytaxtı etdi. Lakin əsasən Bərdədə otururdu. 885-ci xəlifə əl-Mötəmid bölgəyə Bizans işğalından qorunmaq üçün Baqratuni sülaləsindən I Aşotu hökmdar kimi təyin etmişdi. Onun ölümündən sonra taxta oğlu I Smbat (Baqratuni) çıxmışdı.
Səd ibn Əbu Vəqqas
Səd ibn Əbu Vəqqas (ərəb. سعد بن أبي وقاص‎; 595, Məkkə – təq. 674 və ya 675, Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi, ilk iman gətirənlərdən biri. İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, Behişt müjdəsi verilən on nəfərdən biridir. Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir. İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar.
Zuheyr ibn Əbu Sulmə
Züheyr ibn Əbu Sülmə (520–609) — ərəb şairi. Züheyr ibn Əbu Sülmə şairlər nəslinə mənsubdur. Onun babası, atası, dayısı və övladları da şair olmuşlar. Şair təxminən 530-cu ildə Nəcddə anadan olmuşdur. O, Mudari tayfasının Muzayna qəbiləsindən idi. Şairin atası Rəbiə öz tayfasını buraxmış və Qatafan tayfasına getmişdir. Burada Umm Amru adlı qızla evləndikdən sonra bu tayfa ilə qohumluq əlaqələri ilə bağlandığından tayfanı tərk etməmişdir. Burada onların Qatafan tayfasında böyüyüb tərbiyə alacağı övladları Züheyr dünyaya gəlmişdir. Tayfa nümayəndələri arasında Züheyrin dayısı olan iflic olmuş müdrik Bəşamə adlı bir qoca da var idi. Züheyr Bəşamədən ayrılmır, ona qulluq edir, ondan həyatın müxtəlif cəhətləri, eyni zamanda şer sənətinin incəliklərini öyrənirdi.
Hənzələ ibn Əbu Amir
Hənzələ ibn Əbu Amir (v. 23 mart 625, ərəb. ﺣﻨﻈﻠـة ﺍﺑﻦ ﺍﺑﻲ ﻋﺎﻣﺮ‎) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri. Ənsarın Bənu Övs qəbiləsindən idi. Onun atası Əbu Amirin xristian olduğu deyilirdi. Hənzələ Uhud döyüşündə müşriklərlə vuruşarkən həlak olanda cəmi 24 yaşında idi. Hənzələ piyada olduğu üçün Əbu Süfyan ibn Hərbin atına hücum edir. Bununla belə Əbu Süfyan ibn Hərb Şəddad ibn Əsvəd tərəfindən döyüşdə şəhid edilir. Hənzələ ilk toy gecəsində Abdullah ibn Üveyin qızı, həyat yoldaşı Cəmilədən ayrılaraq Cihadın çağırışına cavab vermək üçün döyüş meydanına getmişdir. Bu zaman cunub olmasına baxmayaraq qüsl almağa vaxtı olmamışdır.
Müsənnəf İbn Əbu Şeyba
Müsənnəf İbn Əbu Şeyba (ərəb. مصنف ابن أبي شيبة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis İbn Əbu Şeyba tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitab əl-Müsnəd kimi də tanınır. Mərfa və məukuf hədislərini ehtiva edir. Məcmuənin ən uzun bölməsi İmam Əbu Hənifənin təkzibi fəslidir (Məhəmməd Zahid əl-Kövsəri öz kitablarında bu iddiaları təkzib etmişdir). Müsənnəf bir çox əlyazmalarda mövcuddur. Həmçinin bir neçə müasir nəşri var, məsələn: Hindistanın "Əd-Dar əs-Sələfiyə əl-Hindiyə əl-Kadima" nəşriyyatından, Dar əl-Kiblə nəşriyyatından. Müsannafın bəzi hissələri Multanda çap edilmişdir. Şərh Şeyx Səad əl-Şəsri tərəfindən Musannaf üçün buraxılmışdır. Müsənnəf məğribdə və müsəlman İspaniyasında böyük uğur qazanır, burada Baqi ibn Məhlyad Şərqdən qayıdarkən ona şərhini verir, bu da Kordoba müftisi Aşbaq ibn Xəlilin qəzəbinə səbəb olur.